Abdulla Gülə məzar hazırladılar - Vəsiyyət

25 Sentyabr 2014 14:33 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kayseri Böyükşehr Bələdiyyə Başkanı Özhaseki, Abdullah Gülün öldüyündə Kayseriyədə dəfn olunmaq istədiyini, bu məqsədlə dövlət məzarlığı açılacağını bildirib: "On birinci Cumhurbaşkanımız, Kayseriyə son gəlişlərində məzarının Kayseridə olmasını vəsiyyət edib. Gül cənabları ata yurdunu çox sevdiyini vurğuladı. Onun bu istəyini nəzərə alaraq Büyükşehir Bələdiyyə Məclisi qərar verib ki, Şəhər Məzarlığının girişindəki təziyə evinin arxasındakı boş sahədə dövlət məzarlığı açılsın".

Əli Mövlud
AzNews.az