İŞİD Avstraliyada

25 Sentyabr 2014 19:52 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması ilə əlaqəli olmasından şübhəli bilinən 18 yaşlı Əbdul Numan Heydər polislərə hücum edərkən öldürülmüşdü. Onun və onların polisə niyə hücum etdiyi hələlik məlum deyil. Lakin ehtimal olunur ki, polisə hücum edənlər İŞİD-lə əlaqəli olublar.

Qeyd edək ki, Avstraliyanın baş naziri Toni Abbot da məsələ ilə bağlı açıqlama vermişdi. O, Əbdul Numan Heydərin törətdiyi cinayətə görə İŞİD terror qruplaşmasını günahlandırmışdı.

Rəmi məlumatlara görə, 60-a yaxın Avstraliya vətəndaşı İŞİD tərəfdə döyüşür.

Avstraliya 600-a yaxın əsgərini və 10 hərbi təyyarəsini İŞİD-ə qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyaya göndərməyə razılıq verib.

AzNews.az