Konserti bibər qazı ilə dağıtdılar

25 Sentyabr 2014 20:27 (UTC+04:00)
Musavat.com-un məlumatına görə, bu barədə "Dojd" telekanalı xəbər yayıb.

Şahidlərin dediyinə görə, 25-30 yaşlarında bir neçə öyrədilmiş gənc oğlan konsertin təxminən 38-ci dəqiqəsində "Makareviç satqdındı!" qışqıraraq, zala bibər qazı buraxıblar. Müğənni çıxışını kəsməli, tamaşaçılar isə zalı tərk eləməli olub. Mühafizənin gəncləri saxladığı bildirilir.

Makareviç dəfələrlə Rusiyanın Ukrayna siyasətini, Krımın işğalını sərt şəkildə pisləyib və Maydanı müdafiə edib. Buna görə də öz ölkəsində rəsmi Kremlin və millətçi-şovinist dairələrin qəzəbinə gəlib.

AzNews.az