Bu gün Nigar Yaqublunun məhkəməsidir

17 Sentyabr 2012 08:20 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu gün Müsavat Gənclər Təşkilatının üzvü Nigar Yaqublunun apelyasiya məhkəməsi olacaq. Onun apelyasiya şikayəti üzrə proses saat 11:00-da Sumqayıt Şəhər Apelyasiya Məhkəməsində keçiriləcək. Proses hakim Rasim İsgəndərovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, N.Yaqublu barəsində sentyabrın 11-də Abşeron Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 283.2-ci maddəsi ilə ittiham olunur.

İlkin
AzNews.az