20 yaşlı gənc özünü asdı
26 Sentyabr 2014 08:08 (UTC+04:00)
Beyləqan rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 25-də Beyləqan rayonu Təzəkənd kənd sakini 1994-cü il təvəllüdlü İsmayılov Sədi Xəlil oğlu intihar edib. O, özünü yaşadığı evin həyətindəki ağacdan asaraq öldürüb.
Hləlik intiharın səbəbi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.