Viktoriya Bekhem səfir oldu

26 Sentyabr 2014 08:15 (UTC+04:00)
Birləşmiş Millətlər Təşkilatının QİÇS-lə mübarizə üzrə xoşməramlı səfiri seçilib.

AzNews.az xəbər verir ki, məşhur futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriya BMT-yə Cənubi Afrikaya səfərindən sonra qoşulmaq qərarına gəlib. Qeyd olunur ki, müğənni və onun ailəsi artıq neçə illərdir ki, xeyriyyəçiliklə məşğul olur. Məsələn, QİÇS-lə mübarizə üzrə Elton Conun Fonduna maddi dəstək verirlər.

Bekhem jurnalistlərə bildirib ki, Afrika ölkələrində HİV-ə yoluxmuş analara yardım toplamaq üçün öz qarderobundan 600 əşyanı auksiona çıxarıb. Hazırda müğənni bir neçə yüz min funt sterlinq toplaya bilib.

Aydan Axundova
AzNews.az