Bakıda 5 yaşlı uşaq beşinci mərtəbədən yıxılaraq öldü
26 Sentyabr 2014 08:19 (UTC+04:00)
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Elşən Süleymanov küçəsi, ev 160, mənzil 54 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 2009-cu il təvəllüdlü Əli Elşad oğlu Qardaşov yaşadığı binanın 5-ci mərtəbəsindən, evin eyvanından yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.