Kim Kardaşyana hücum etdilər

26 Sentyabr 2014 10:03 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Kim Kardaşyan, əri və anası Parisdə Yüksək moda həftəsinə baş çəkmək istəyiblər. Buna əsas səbəb Kim Kardaşyanın bacısı Kendall Cennerin podiuma çıxması olub.

Kardaşyanın maşını moda nümayişinin keçirilməsi nəzərdə tutulan məkana yaxınlaşanda onları burda fanat ordusu qarşılayıb. Onların arasında Kimi qucaqlamaq istəyən Sedyuk da olub. Lakin onun bu istəyinin qarşısını mühafizəçilər alıb.
Vitaliy Sedyuk Kardaşyana xəsarət etmək istəmədiyini bildirib və onu "ilahə" adlandırıb.



Aydan Axundova
AzNews.az