NATO gəmilərini geri çəkdi
26 Sentyabr 2014 12:05 (UTC+04:00)
AzNews.az xəbər verir ki, onlar Kanada, İspaniya və Fransa gəmiləridir.
Rusiya Hərbi Dəniz Qüvvələrindən verilən məlumata görə, NATO gəmiləri Qara dənizi tərk edirlər. Dünən Kanada freqatı "Toronto" və İspaniya freqatı "Almirante Xuan De Borbon" Aralıq dənizinə qayıdıblar. 2 gün öncə Fransa korveti "Kommandant Biro" cənub istiqamətində gedib.
Donanmadan bildirilib ki, akvatoriyada Fransanın radioelektron kəşfiyyat gəmisi qalır. Bu gəmi Qara dənizə sentyabr ayının 21-də daxil olub.
Xatırladaq ki, daha öncə Rusiya NATO-nun Qara dənizdə və Baltik dənizi hövzəsində aktivliyindən narahatlığını bildirmişdi.
Aydan Axundova
AzNews.az