Xəzər 2015-ci ildə bölünəcək

26 Sentyabr 2014 13:15 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib.

Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, Xəzərin statusuna dair konvensiyaya hazırlıqda böyük irəliləyiş əldə olunub. Onun imzalanması artıq 2015-ci ildə baş tuta bilər: "Sammitdən öncə ekspertlər çox intensiv aktiv iş aparırlar. Buna görə də, sammitin nəticəsində biz Xəzərdə əməkdaşlığın gələcək inkişafı üçün kifayət qədər vacib nəticələr əldə edə biləcəyik. Əgər Həştərxanda iş uğurla yekunlaşsa, Qazaxıstanda keçiriləcək növbəti sammitdə konvensiyanın imzalanmasına dair birbaşa iş aparılacaq".


Aydan Axundova
AzNews.az