Azərbaycanda dünən 40 nəfər tutulub

26 Sentyabr 2014 14:41 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Daxili İşlər Nazirliyinin mətbuat xidməti AzərTAc-a bildirib.

Xəbərdə deyilir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 5 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 40 nəfər tutulub.