ABŞ səfirliyinə hücum filmə etirazla bağlı olmayıb

17 Sentyabr 2012 08:54 (UTC+04:00)


Ərəb ölkələri iddia edirlər ki, Liviyada ABŞ səfirinin öldürülməsi planını Mali və Əlcəzairdən olan əcnəbilər planlaşdırıb. AzNews.az-ın izvestia.ru saytına istinadən verdiyi xəbərə görə, Liviya Milli Konqresinin prezidenti Məhəmməd Əl-Məqarif bildirib ki, səfirliyə hücum adları çəkilən ölkənin vətəndaşları tərəfindən təşkil olunub və həyata keçirilib.

O, həmçinin əlavə edib ki, səfirliyə edilən hücum "müsəlmanların məsumluğu" filminə etirazla bağlı olmayıb. "Onlar bu hücumu bir neçə ay əvvəl planlaşdırıblar və hücumun 11 sentyabrda təşkil olunması da təsadüfi sayılmamalıdır".

Qeyd edək ki, yalnız Liviyada səfirin öldürülməsi ilə bağlı 50 nəfər saxlanılıb.

Sadiq
AzNews.az