Füzuli Ələkəbərovun qohumuna vəzifə verildi

26 Sentyabr 2014 15:34 (UTC+04:00)
AzNews.az-a daxil olan məlumata görə, uzun müddətdir ki, işsiz qalan keçmiş müdir müavininə "Azərsu" ASC-də Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin müdiri vəzifəsi verilib.

Qeyd edək ki, Rauf Tağıyev keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərovun yaxın qohumudur.

Səlim Müslümov Füzuli Ələkbərovun nazir postuna təyin olunandan sonra Rauf Tağıyev də vəzifəsindən vidalaşmışdı.

Onu da bildirək ki, R. Tağıyev işdən çıxarıldıqdan sonra Dövlət Universitetində müəllim kimi çalışırdı.



Gültəkin ƏLƏSGƏR