“Ferrari“ avtomobilləri əzdi keçdi- VİDEO

26 Sentyabr 2014 19:35 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, yol nəqliyat hadisəsi Moskvanın mərkəzi küçələrindən birində baş verib.

Hadisə şahidləri qəza zamanı "Ferrari" avtomobilinin sürücüsünün günahkar olduğunu bildirir.

Onların sözlərinə görə, "Ferrari" yol boyu yüksək sürətlə avtomobilləri ötürmüş: "Onu Savelovsk küçəsində gördük. Maşınları bir-bir ötərək əməlli-başlı "şahmat" oynayırdı!".

Nəticədə "Ferrari F142" italyan avtomoblinin sürücüsü idarəetməni itirib və "Hunday" ,"Ford" və "Sitroen" avtomobillərini vurub əizb. Sürücünün idaretməni hansı səbəblərdən itirdiyi hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma başlanıb.



AzNews.az