Ərdoğan: “İŞİD İslama kölgə salır”- VİDEO

26 Sentyabr 2014 19:58 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
ABŞ-a səfərindən sonra geri qayıdan dövlət başçısı hava limanında açıqlama verib: "Bundan sonra atacağımız addımlar eyni fəlakətləri yaşamamaq üçün atılacaq. Atacağımız addımlarda 3 əsas şərt olacaq. Birincisi, uçuşa qadağan olan bölgəni elan etməliyik".
Ərdoğan "İkincisi, Suriya tərəfi özünü etibarlı bölgə kimi təsdiq etməlidir. Üçüncüsü isə bu prosesi uğurla sona çatdırmaq üçün görüşlər keçirməliyik. ABŞ prezidenti Barak Obama ilə görüşümüzdə də bunları müzakirə etdik" sözlərini əlavə edib.
"Regionda kritik bir dövr yaşayırıq. Təxminən 1250 km sərhədimiz olan Iraq və Suriyada yaşanan terror hadisələri bizi çox narahat edir. Artıq 1,5 milyon insan Türkiyədə sığınacaq alıb. Bunun belə davam etməsi düzgün deyil. Suriyanın zalım rejimindən qaçanlara mərhəmət göstərməliyik. Təəssüf ki, 4 ildir Suriyada baş verənlərlə bağlı xeyli təkliflərimiz oldu, ancaq kimsə bizi dinləmədi. Həmişə tək qaldıq. Amma indi İŞİD-in ortaya çıxışı və digər yaşananlar bizim söylədiklərimizi haqlı çıxartdı. Yezidilər dağa qaçdı. Sünnilər köç etdi. İŞİD İslama kölgə salır. Bunların heç bir şəkildə İslam ilə əlaqəsi yoxdur. Bizim dinimiz birliyin və sülhün dinidir. Bu hadisələr bütün dünyada İslama kölgə salır. Belə olmaz. Xristian dünyası bunun çözülməsi üçün addım atırsa, bizim də əməli işlər görməyimiz lazımdır", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.




AzNews.az