İraq prezidenti beynəlxalq ictimaiyyətdən kömək istədi - VİDEO (YENİLƏNİB)

26 Sentyabr 2014 21:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Masum öz çıxışında "İŞİD artıq qitələrarası bir təşkilat halını alıb. Təşkilatın hərbi və informasiya qaynaqlarını yalnız beynəlxalq əməkdaşlığın hesabına reallaşdırmaq olar. Buna görə beynəlxalq ictimaiyyəti İŞİD-ə qarşı mübarizədə yanımızda olmağa çağırırıq" sözlərini deyib.

Fuad Masumun bu açıqlamasından əvvəl İngiltərə də ABŞ və koalisiyaya dəstək verəcəyini açıqladı və bölgəyə 6 tornado reaktiv göndəriləcəyini dedi. İngiltərədən dərhal sonra isə Belçika dəstək açıqlamasını verdi.

Belçika Federal Məclisi, terror təşkilatı İŞİD-ə qarşı yaradılan koalisiyaya 6 ədəd F-16 döyüş təyyarəsi və 120 əsgərın iştirakını nəzərdə tutan qərarı 2 səsə qarşı 114 səslə qəbul etdi. Səsvermədə 10 parlament üzvü bitərəf qaldı.

Belçika hava qüvvələrinə məxsus F-16-ların İŞİD-ə qarşı həyata keçirilən hava əməliyyatlarında İraq ərazisinə daxil olacağı və Suriyadakı hədəfləri vuracağı gözlənilir.




AzNews.az