Azərbaycan millisi: 34, 47, 108

17 Sentyabr 2012 09:12 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu gün futbol üzrə Azərbaycan milli komandası üçün əhəmiyyət kəsb edən tarixi bir gündür. Milli komandamız yarandıqdan sonra ilk oyununu 17 sentyabr 1992-ci ildə Gürcüstanda keçirib.

Gürcüani şəhərinə yollanan millimiz məhz bu gün Gürcüstanla yoldaşlıq görüşü keçirib. Həmin oyunda milimizin ilk qolunu Nazim Süleymanov vurub. İlk səfər qarşılaşmasında komandamız 3:6 hesabı ilə məğlub olub.

Xatırladaq ki, 20 yaşlı Azərbaycan millisi bu müddət ərzində 189 oyuna çıxıb. Komandamız 34 qələbə qazanıb, 47 heç-heçə edib və 108 dəfə uduzub. Bu qarşılaşmalarda 133 top vuran futbolçularımız 336 top buraxıb.

AzNews.az