Bakı polisi qumarbazları tutdu

27 Sentyabr 2014 10:15 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti trend-ə bildirib.

Xəbərdə deyilir ki, sentyabrın 26-sı saat 03 radələrində Azadlıq prospektində yerləşən restoranda Bakı şəhər sakinləri Xəqani Hümbətov, Mahir Xudiyev və Lənkəran şəhər sakini Rəşad Cəfərov qumar oynadıqlarına görə Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən tutulublar.

Faktla bağlı araşdırma aparılır.