“Ferrari“ avtomobilləri geri qaytarılır

27 Sentyabr 2014 16:46 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, geri çağırılan avtomobillər əsasən ABŞ-a satılan maşınlardır.

Bu modellərdə yük yerinin qapısında texniki nasazlıq yaranıb. Belə ki, baqajın qapısını içəri tərəfdən açmaq mümkün deyil.

ABŞ-ın yol hərəkəti təhlükəsizliyi milli administrasiyası (NHTSA) avtomobilin baqaj bölməsində bağlanmış halda qalan insanın oradan kənar adamın köməyi olmadan çıxa bilməyəcəyini açıqlayıb.

NHTSA ekspertləri hesab edirlər ki, avtomobilin belə xüsusiyyəti travmaya və ya hətta insanın ölümlərinə gətirib çıxara bilər.

AzNews.az