Jirinovski Bakını gəzdi- FOTOLAR

27 Sentyabr 2014 20:15 (UTC+04:00)
V.Jirinovski əvvəlcə Dövlət Bayrağı Meydanı ilə tanış olub.

Sonra qonaq Dənizkənarı Milli Parka gəlib.

V.Jirinovskiyə Milli Parkda həyata keçirilən tikinti və abadlıq işləri haqqında da məlumat verilib.

Daha sonra LDP-nin sədri İçərişəhərlə tanış olub.

Qonağa əvvəlcə Qız qalası abidəsinin tarixi və qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilib.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da V.Jirinovskidə maraq doğurub.

Elektromobillə gəzinti zamanı qonağa "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə məlumat verilib.

Dövlət Bayrağı Meydanı, Dənizkənarı Milli Park və İçərişəhərlə tanışlıq V. Jirinovskidə xoş təəssürat yaradıb.
Fotolar: AzərTAc