İŞİD yenə hücuma keçdi - VİDEO

28 Sentyabr 2014 19:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Kobanini ələ keçirmək üçün 3 tərəfdən hücumlarına davam edirlər.
Suriyanın şimalında İŞİD ilə PYD arasındakı şiddətli qarşıdurmalar davam edərkən, bu gün İŞİD yenə Kobaniyi bombaladı. Axşam saatlarında Koban`nin şəhər mərkəzinə bir top mərmisi yenə düşdü.
Alınan məlumata görə, terror təşkilatı İŞİD-in Kobaninin şimalını ələ keçirdiyi deyilir.
ABŞ və koalisiya qüvvələri dünən Kobanidə İŞİD hədəflərini vurmuşdu. ABŞ Müdafiə Nazirliyindən edilən açıqlamada hava hücumlarında İŞİD-ə qarşı Kobani yaxınlarında bəzi hədəflərin vurulduğu bildirilir.
Təşkilatın Suriyadakı hədəflərinə döyüş və pilotsuz hava təyyarələriylə 7, İraqdakı hədəflərinə də 3 yeni hava hücumu təşkil edilib.
Suriyanın Haseke şəhərinin cənubunda İŞİD-ə aid bir hərbi texnikanın məhv edildiyi deyilir.




AzNews.az