“Google” yeni məlumat mərkəzi tikəcək
29 Sentyabr 2014 07:11 (UTC+04:00)
AzNews.az xəbər verir ki, investisiya layihəsi dörd il üçün hesablanıb, məlumat mərkəzi "Google"un Avropadakı əməliyyatlarını əlaqələndirməlidir.
"Google" yeni məlumat mərkəzinin fəaliyyətini dəstəkləmək üçün təxminən 150 daimi işçi qəbul edəcək.
Qeyd edək ki, məlumat mərkəzi İmşaven liman şəhərinin yaxınlığında yerləşəcək. Avropa və ABŞ-ı birləşdirən transatlantik rabitə kanalı məhz İmşaven şəhərindən başlayır.
Yeni məlumat mərkəzinin tikintisində təxminən min insan iştirak edəcək.