Əfqanıstan prezidenti bu gün and içəcək

29 Sentyabr 2014 07:48 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Associated Press agentliyi yayıb.
Bu məqsədlə şəhərdə təhlükəsizlik tədbirləri yüksək həddə çatdırılıb. Andiçmə mərasiminə xeyli sayda ölkənin dövlət və hökumət başçıları dəvət edilib.

Əfqanıstanda prezident seçkilərinin ikinci turu iyunun 14-də baş tutmuşdu. Seçkilərdə namizədlər Abdulla Abdulla və Əşrəf Qəni bir-birini fırıldaqçılıqda ittiham edərək, səsvermənin nəticələrini tanımaqdan imtina etmişdilər.

3 aydan çox davam edən siyasi böhrandan sonra Abdulla Abdulla və Əşrəf Qəni milli birlik hökumətinin yaradılmasına və hakimiyyətin bölüşdürülməsinə dair razılığa gəlmişdilər.