Su Günəşdən tez yaranıb
29 Sentyabr 2014 08:16 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda araşdırma ABŞ və Böyük Britaniya alimləri tərəfindən aparılıb və "Science" jurnalında çap edilib.
Astronomların fikrincə, su buz formasında formalaşmaqda olan Günəş sisteminin daxilində ulduz və planetlər yaranmazdan əvvəl mövcud olub. Alimlər belə bir qənaətə kompyuter modelləşdirməsi nəticəsində gəliblər.
Alimlərin kəşfinin astrobiologiya üçün vacibliyi ondadır ki, həyatın mövcudluğu üçün əsas element olan su protoplanet diskinin təkamülü nəticəsində yaranmaya bilər. Onun sistemdəki məzmunu isə belə bir prosesdən asılı olmayan şərtlərlə müəyyən edilir.
Aydan Axundova
AzNews.az