Bakıda ana və qızını maşın vurdu - Ana öldü

29 Sentyabr 2014 08:23 (UTC+04:00)


Bakı şəhər Baş Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə paytaxtın Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Elşən Rüstəmov idarə etdiyi "Nissan" markalı avtomobillə 1961-ci il təvəllüdlü Çimnaz Ələkbərovanı və qızı, 1989-cu il təvəllüdlü Arzu Tahirini vurub.

Nəticədə Ç.Ələkbərova hadisə yerində ölüb, A.Tahiri isə xəstəxanada yardım alaraq evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.