Bakıda 9-cu sinif şagirdi intihar etdi

29 Sentyabr 2014 11:17 (UTC+04:00)


Nizami Rayon Prokurorluğundan Apa-ya verilən məlumata görə, hadisə Bəhruz Nuriyev küçəsi 37 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Qəmər Gülağa qızı Hacıyeva yaşadığı binanın 6-cı mərtəbəsindən özünün ataraq intihar edib.

Qeyd edək ki, Q.Hacıyeva Bakı şəhərində yerləşən 250 saylı orta məktəbin 9-cu sinif şagirdi olub.