Moskvada “Life News”un jurnalistlərinə hücum oldu

29 Sentyabr 2014 11:36 (UTC+04:00)


Polis artıq iki nəfər şübhəlini saxlayıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, insident sentyabrın 28-nə keçən gecə baş verib.

"Cinayətkarlar güc tətbiq edərək jurnalistlərin iki fləş kartını götürüblər. Maddi ziyan 32 min rubl dəyərində hesablanır", - deyə xəbərdə bildirilir.

Jurnalistlərdən biri hücum nəticəsində burnundan zərbə alıb. Onun iş yoldaşı xəsarət almayıb. Hücum faktı ilə əlaqədar artıq "quldurluq" maddəsi üzrə cinayət işi açılıb.


Aydan Axundova
AzNews.az