Zəlzələ rabitə sisteminə ziyan vurmayıb - Açıqlama

29 Sentyabr 2014 12:42 (UTC+04:00)


Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, bu sözləri Qəbələ Telekommunikasiya qovşağının rəisi Şahin Tağıyev deyib.
O bildirib ki, bütün qüvvələr səfərbər edilib. " Blıq kənd EATS-nin binasında çatlar əmələ gəlib. Laza kənd EATS-də də bəzi problemlər var. Ümumilikdə vəziyyət yaxşıdır. Rabitə tam nəzarətdədir. Rayon rabitəsi dairəvi rabitə sisteminə qoşulduğundan Bakı və digər rayonlarla çıxışında hər hansı problem yaşana bilməz. Bir istiqamətdə rabitə kəsilsə, digər istiqamətdə rabitə avtomatik bərpa olunur".
Qeyd edək ki, bu gün Qəbələdə ardıcıl üç zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərdə deyilir ki, yeraltı təkanlar 06:38-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4 - 3 bal gücündə hiss olunub. Qəbələdə digər zəlzələ yerli vaxtla 08:55-də və 09:19-da baş verib.


AzNews.az