Pan Gi Mun: “İsrailin İrana hücumu qəbul olunmazdır”

17 Sentyabr 2012 10:38 (UTC+04:00)
BMT-nin baş katibi Pan Gi Mun Fransanın "İnternational" kanalına müsahibə verib. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, BMT-nin baş katibi kanala müsahibəsində bildirib ki, İsrailin İrana hücumu qəbul olunmazdır.

O, həmçinin, son zamanlar İsrail tərəfindən səsləndirilən müharibə ritorikasından narahatlığını da ifadə edib. Baş katib məsələnin həlli yollarına da toxunub və qeyd edib ki, yeganə həll variantı danışıqlar və dialoqdur.

Pan Gi Mun əsas problem kimi isə, İranın MAQATE nümayəndələrini nüvə obyektlərinə buraxmamasını göstərib.

Sadiq
AzNews.az