2 azyaşlı uşaq xilas edildi
29 Sentyabr 2014 13:09 (UTC+04:00)
AzNews.az xəbər verir ki, 2 azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olublar.
Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.
AzNews.az