Azərbaycanda qonşu qonşunu güllələdi
29 Sentyabr 2014 15:28 (UTC+04:00)
AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonunun Dağkəsəmən kəndində baş verib.
Əkin sahəsində qonşu olan Dağkəsəmən kənd sakini 55 yaşlı Elşən Poladovla Ağstafa şəhər sakini 35 yaşlı Elçin Quliyev arasında mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Yerə yıxılan Elçin Quliyevin kürəyində olan tüfəng yerə dəyərək açılıb və Elşən Poladovun qoltuqaltı nahiyəsinə dəyib.
E.Poladov xəstəxanaya yerləşdirilib. Ağstafa Mərkəzi Rayon Xəstəxanasından Elşən Poladovun vəziyyətinin normal olduğunu, onun sağ sayıdın bayır səthinin didilmiş-cırılmış güllə yarası aldığını bildiriblər.
Ağstafa Rayon Polis şöbəsində faktla bağlı araşdırma aparılır.