Sabah hava necə olacaq?

29 Sentyabr 2014 15:45 (UTC+04:00)


Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək. Havanın temperaturunun gecə 12-15, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında sentyabrın 30-da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 11-16, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz:

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü meteohəsssas insanlar üçün əsasən əlverişsizdir.


AzNews.az