Sürücü yol polisini döydü- Gəncədə

29 Sentyabr 2014 20:58 (UTC+04:00)


Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Anar Abdullayev şəhərin Üzeyr Hacıbəyov küçəsində xidmətdə olarkən, bir neçə dəfə işıqforun qırmızı işığında keçən, dövlət nömrə nişanı olmayan "Opel" markalı avtomobili saxlayıb və sürücüdən maşının sənədlərini təqdim etməsini xahiş edib.

Avtomobildən düşən sürücü, 34 yaşlı şəhər sakini Ələddin Hüseynov polis əməkdaşının ünvanına nalayiq sözlər söyləmiş və ona əl ayaq zərbələri endirib. Bu zaman "Opel" markalı avtomobildən düşən qadın yerdən götürdüyü daş parçası ilə yol polisi əməkdaşının qol nahiyəsinə vuraraq xəsarət yetirmişdir.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az