Merkel: Qərb Rusiya qazından asılıdır
30 Sentyabr 2014 07:39 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
Merkelin fikrincə, enerji tərəfdaşlığını davam etdirmək üçün yaxşı əsaslar var. Kansler qeyd edib ki, Avropa Birliyi daxilində müxtəlif ölkələr Rusiya təbii qazından müxtəlif dərəcədə asılıdır: "Əgər prinsiplər davamlı olaraq pozularsa, onda AB ilə Rusiya arasında enerji əməkdaşlığına baxıla bilər. Rusiyaya qarşı iqtisadi sanksiyaların yumşaldılması üçün elə bir hədd yoxdur. Bu sanksiyalar Moskvanın Ukrayna siyasətinə görə qoyulub".
Merkel bunları sentyabrın 29-da Finlandiyanın baş naziri Aleksandr Stubbla Berlində mətbuat konfransında söyləyib.
AzNews.az