Yaxın günlərdə dövlət büdcəsi müzakirə olunacaq

30 Sentyabr 2014 10:26 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu gün Milli Məclisin ilk plenar iclası öz işinə başlayıb. İclası açıq elan edən spiker Oqtay Əsədov parlamentin yaz sessiyasında görülən işlərdən danışıb. O, bildirib ki, yaz sessiyası zamanı 12 iclas keçirilib, 131 qanun layihəsi və qərar qəbul edilib.

Daha sonra payız sessiyasında görüləcək işlərdən danışan spiker qeyd edib ki, Milli Məclis üzvləri yaxın vaxtlarda dövlət büdcəsini müzakirə edəcək:

"Dövlət büdcəsi hökumət tərəfindən hazırlanıb və artıq layihə prezidentə təqdim olunub. Yəqin ki, yaxın vaxtlarda biz büdcəni müzakirə edəcəyik",-deyə parlament sədri qeyd edib.


AzNews.az