Goranboyda avtomobil qəzası - 1 ölü

30 Sentyabr 2014 11:23 (UTC+04:00)


Goranboy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

Goranboy rayon sakini, 1983-cü il təvəllüdlü Bəxtiyar Əhməd oğlu Eyvazov idarə etdiyi "Renault" markalı avtomobili ağaca çırpıb. Qəza zamanı avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Roman Mehdi oğlu Məmmədov hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, qəza zamanı avtomobildə ölən şəxs dostu B.Eyvazovun övladının sünnət toyunda iştirak etmək üçün Goranboy rayonuna gedibmiş.