Fəzail Ağamalı: “Mən tək nikahlıyam...”

30 Sentyabr 2014 11:57 (UTC+04:00)


AzNews.az-ın məlumata görə, belə məsuliyyətin müəyyən olunması təklifi ilə deputat Fəzail Ağamalı çıxış edib. Onun sözlərinə görə, bu, vətəndaş nikahını rəsmiləşdirmək cəhdi kimi qiymətləndirilə bilməz: "Əgər bu adamlar vətəndaş nikahında yaşayırlarsa, onda buna hər hansı rəmsi don geydirmək olmaz. Lakin orası da var ki, belə nikahdan doğulan uşaqlar böyük problemlərlə üzləşirlər. Özü də getdikcə Azərbaycanda vətəndaş nikahından doğulanların sayı artır. son 10 ildə belə uşaqların sayı 4 dəfə artıb. Rəsmi statistikaya görə, ötən il Azərbaycanda doğulan belə uşaqların sayı 25 mindən yuxarıdır".

F.Ağamli təəssüflə bildirib ki, bu uşaqların hüquqları qanunla tənzimlənmir: "Qanunda sadəcə göstərilir ki, rəsmi və vətəndaş nikahından doğulan uşaqların hüquqları eynidir: Lakin bunun mexanizmi yoxdur. Kişi qadından ayrılır, pencəyini götürüb gedir yeni macəra axtarışına. Qadın da qalır uşaqla tək. Buna görə qanuna dəyişiklik edilməli, vətəndaş nikashından doğulan uşaqların üzərində valideyn məsuliyyəti tənzimlənməlidir. Olmasa, həmin 25 min uşaq potensial cinayətkar kimi qəbul etmək olar". Millət vəkili deyib ki, valideyn himayəsindən məhryum olan uşaqlar dövlət tərəfindən himayə olunur, lakin bu qayğı hər kəsi əhatə edə bilməz: "Ata vətəndaş nikahından uşaq dünyaya gətirirsə, onun məsuliyyəti olmalıdır, uşaq 18 yaşına çatana qədər kömək etməlidir". F. Ağamalı bu məsələ ilə bağlı Ailə Məcəlləsinə dəyişiklik edilməsini istəyir: "Bu, ikili nikahın təbliği deyil. Mən tək nikahlıyam, ikili nikahın tərəfdarı ola bilmərəm".

AzNews.az