Siyavuş Novruzov: “Azərbaycan heç kimin qoltuğunun altına girmir”

30 Sentyabr 2014 12:05 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, o deyib ki, biz Avropanın üstünə getmirik, əksinə Avropa bizim üstümüzə gəlir: "İnsan haqlarından danışırsınızsa, qaçqın və məcburi köçkünlərimiz də insandır. Onların da hüquqlarını müdafiə etmək lazımdır. Əvvəlcə bu hüquqdan danış, sonra başqalarının üstünə get. Azərbaycan illərdir ki, balanslaşdırılımış xarici siyasət aparır. Azərbaycan hansısa böyük dövlətin qoltuğunun altına girmir. Onların adının kölgəsində gizlənmir. İnsanın seçmək və seçilmək hüququ var. Bir milyon qaçqınımız bu hüququnu itirir. Biz hər bir ölkə ilə eyni səviyyədə müzakirələr aparırıq. İstər Amerika, istərsə Rusiya, istərsə də Avropa olsun. Əməkdaşlıq bərabər şəkildə olmalıdır. Məhəbbət iki tərəfli olur, bir tərəfli olmur. İki tərəfli olanda nəticələri çox gözəl olur. Bir tərəfli olanda hərdən görürsən ki, nəticələri yaxşı olmur".

AzNews.az