Lenini Luqanskda da aşırdılar

30 Sentyabr 2014 13:12 (UTC+04:00)


AzNews.az-ın xarici KIV-ə istinadən verdiyi xəbərə görə, heykəli dünən gecə ukraynalı gənc fəallar uçurub. Gənc fəallar bu günə kimi SSRİ-yə aid olan bir çox simvolları uçurublar. Mətbuata açıqlama verən fəalların nümayəndəsinin sözlərinə görə, onlar geriyə, SSRİ-yə yox, irəli, Avropaya doğru addımlar atırlar.

Ukrayna kommunist partiyasının sədri Pyotr Semonenk baş vermiş hadisəni kəskin şəkildə pisləyərək Leninin abidəsinin bərpa olunacağını bildirib.

Xəyal Əzizov
AzNews.az