Dörd yaşlı uşaq yol qəzasında öldü

17 Sentyabr 2012 11:45 (UTC+04:00)
Azərbaycanda dörd yaşlı uşaq avomobil qəzasının qurbanı olub. AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 17-də saat 00:10 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində, Naftalan şəhər sakini Elnur Qəhrəmanov "VAZ-21015" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı hasara vurub.

Nəticədə sərnişinlərindən - oğlu 4 yaşlı Valeh hadisə yerində ölüb, xəsarət almış özü və digər sərnişinləri arvadı Gülmirə, oğlanları Akşin və Şaiq xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

AzNews.az