“Toy karvanlarına qadağa qoyulmayacaq” - DYP rəsmisi

30 Sentyabr 2014 13:30 (UTC+04:00)
Artıq uzun müddətdir ki, cəmiyyətdə toy karvanlarında gedən avtomobillərin hərəkət iştirakçılarına və piyadalara təhlükə yaratması ilə bağlı müzakirələr getməkdədir. Ən çox müzakirə olunan məsələlərdən biri də, toy karvanlarına qadağa qoyulması ilə bağlı olub. Dünən baş vermiş hadisədən sonra, bu məsələ yenidən aktuallaşıb.

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə müraciət edib. DYP rəsmisi toy karvanlarına qadağa qoyulmasının mümkünsüz adlandırdı: "Əgər maşınlar qaydaları pozmadan hərəkət edirsə, biz bu avtomobillərə qarşı hansısa cərimə, yaxud da qadağa tətbiq edə bilmərik. Biz yalnız toy sahiblərinə öz tövsiyəmizi verə bilərik ki, onlar bu karvanlarda çoxlu maşınla hərəkət etməsinlər. Bu, onların özlərinə də ziyanlı amildir. Belə hal baş verən zaman qayda pozuntuları ehtimalı artır, həmçinin karvanda da gecikmələr olur".

Xəyal Əzizov
AzNews.az