Putinin dostu Putindən danışdı
30 Sentyabr 2014 13:57 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda "Wall Street Journal" qəzeti yazıb.
Xəbərdə deyilir ki, Rusiya prezidenti Vladimir Putinin çoxdanki dostu, Rusiya Dəmiryolları Dövlət Şirkətinin prezidenti Yakunindən soruşublar ki, Qərb sanksiyaları Kremldə qərar verənlərin Ukrayna barədə fikrini dəyişibmi? Yakunin deyib ki, Kremlin Ukrayna siyasəti dəyişmir.
Yakunin bildirib ki, Ukrayna hadisələri ABŞ-la Rusiyanın çoxdankı qarşıdurmasının yalnız davamıdır. Soyuq müharibə quratarandan ABŞ Rusiyanı iqtisadi sabotaj edir.
Bu ilin yanvarında Rusiya əhalisi arasında ABŞ-a rəğbəti olmayanlar 44 faiz idisə, yayda eyni sorğuda ABŞ-a mənfi yanaşanlar 74 faiz oldu.
Bu sorğu 1990-cı ildən keçirilir. Hələ heç vaxt ABŞ-a belə mənfi münasibət olmayıb.
Yakunin Moskva Dövlət Universitetində saat hesabı dərs də deyir. Kitabların müəllifidir. Onun söhbət gedən monoqrafiyası 400 səhifədir. Yakunin deyir ki, ABŞ Rusiyanın qlobal gücə çevrilməsinin qabağını almaqda qətidir. ABŞ-ın digər məqsədi Avropa iqtisadiyyatını da çox qabağa getməyə qoymamaqdır.
1980-ci illərdə Nyu Yorkda sovet diplomatı işləyəmiş Yakunin deyir: "Anqlo-saksonlar çox parktiki xalqdır. Onlar gücə hörmət edir".
66 yaşlı Yakunin Putini 1990-cı illərdən tanıyır. Onların hər ikisi Sankt Peterburq yaxınlığında Ozero adlanan yay kotecləri kooperativinin üzvü idi. Həmin qonşuların bir çoxu hazırda Rusiyanın ən nüfuzlu admlarıdır. Qərb sanskiyaları Putinə yaxın adamlar kimi məhz onları hədəfə alır.
Yakunindən soruşulub ki, Putin onun ABŞ haqda fikirlərini bölüşürmü? Yakunin deyib ki, o, yalnız öz adından danışa bilər.
AzNews.az