Hava balonunda yerin altına ilk eniş- VİDEO
30 Sentyabr 2014 19:08 (UTC+04:00)
AzNews.az xəbər verir ki, İvan Trifonov hava balonunda Xorvatiyada yerləşən mağaranın içinə düşdükdən sonra, gəldiyi yolla da geri qalxıb, yəni balonda yerin üzünə çıxıb.
Hadisənin qeydə alındığı mağaranın dərinliyi 206 metr, mağaraya açılan quyunun diametri isə 60 metrdir.
Pilot mağaraya düşmək üçün xüsusi quruluşu olan aerostatdan istifadə edib.
Belə ki, pilotun oturacaq yeri zənbil əvəzinə qaz balonları yerləşən hissənin üzərində qurulubmuş.