Bakıda 2 ev yandı

1 Oktyabr 2014 07:36 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində ümumi sahəsi 580 kv.m olan 1 otağın, aynabəndin yanar konstruksiyaları 74 kv.m sahədə, dam örtüyü 50 kv.m sahədə və binaya bitişik olan vətəndaşa məxsus ümumi sahəsi 445 kv.m olan üçmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Binanın və bitişik evin qalan hissəsi yanğından mühafizə olunub.

İkinci yanğın hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

Vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az