Ağacdan sallanan qeyri-adi ev modeli yaradıldı

1 Oktyabr 2014 08:18 (UTC+04:00)


AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, arxitektura sahəsində xarüqələr yaradan bu insanın son işlərindən biri də "fundamenti" ağac olan sfera formalı mini evlərdir. Bu evlər meşədə, təbiət qoynunda yaşamaq üçün gözəl fürsətdir.

Başlıca şərtlərdən biri sağlam ağacların seçilməsi və evin möhkəm kəndirlərlə həmin ağaclara bərkidilməsidir. Hesablamalar elə aparılıb ki, hətta güclü külək belə, evin yerə düşmə ehtimalını heçə endirir.

Sfera evin daxilinə asqılı körpüdən keçməklə, vintvari pilləkən vasitəsilə daxil olmaq mümkündür.

İri pəncərəsi olan evi sakinlər öz zövqlərinə görə bəzəyə bilərlər. Yeri gəlmişkən bura çarpayı, stol, stul, vanna otağı üçün ləvazimatlar və s. asanlıqla yerləşir.
Şirkət bu gün müştərilərə bu tip evlərin müxtəlif növlərini təklif edir.