Mehriban Əliyevanın təşəbbüsü ilə tədbir keçirildi

1 Oktyabr 2014 09:15 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, İslamabad və Ravalpindi şəhərlərinin 6 kimsəsiz uşaq evinin 800 nəfərdən çox sakini üçün təşkil olunmuş təntənəli mərasimdə "Beyt-ul-Mal"ın icraçı direktoru Abid Vahid Şeyx, Pakistan Milli Assambleyasında Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri, Azərbaycan səfliyinin əməkdaşları, aparıcı elektron və çap media mənsubları iştirak ediblər.

"Beyt-ul-Mal" Pakistan hökuməti nəzdində fəaliyyət göstərir və təşkilatın 33 internat tipli kimsəsiz uşaqlar evində 3500 nəfər uşaq məskunlaşıb. Qurumun icraçı direktoru Abid Vahid Şeyx Mehriban Əliyevaya pakistanlı kimsəsiz uşaqlara Qurban bayramı ərəfəsində göstərdiyi diqqətə görə minnətdarlığını bildirib, bu təşəbbüsün humanistliyin, islam dəyərlərinə sadiqliyin və iki xalq arasında məhəbbətin göstəricisi olduğunu qeyd edib. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə məlumat verib. Sonra hər bir uşağa qiymətli hədiyyələr təqdim edilib, nahar yeməyi təşkil olunub. Mərasimin sonunda kimsəsiz uşaqlar üçün musiqi və əyləncə proqramları təşkil edilib.

Qeyd edək ki, Qurban bayramı günləri, 6-8 oktyabr tarixlərində Heydər Əliyev Fondu adından iribuynuzlu qurbanlıqlar kəsilərək Pakistanda daşqın və sellərdən zərər çəkmiş insanlara paylanacaq.


AzNews.az