“Leyla Yunusa heç kim təzyiq etmir” – Zakir Qaralov

1 Oktyabr 2014 09:38 (UTC+04:00)

AzNews.az apa-ya istinadən xəbər verir ki, bu sözləri baş prokuror Zakir Qaralov bəzi beynəlxalq təşkilatların etirazlarına münasibət bildirərkən deyib.

O, Leyla Yunusun cinayət işi ilə bağlı mətbuata vaxtaşırı məlumatlar verildiyini söyləyib: "Bu günlərdə mətbuatda Leyla Yunusa təzyiq edilməsi barədə məlumatlar yayılıb. Bu, uydurmadır. Dərhal ekspertiza keçirilib və həmin məlumat öz təsdiqini tapmayıb. Onun cinayət işi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək" .