“Korrupsiya idarəsində 125 cinayət işinin istintaqı gedir”

1 Oktyabr 2014 10:10 (UTC+04:00)


AzNews.az apa-ya istinadən xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib.

"Hüquq-mühafizə orqanları ilə birlikdə görülən tədbirlər nəticəsində ölkədə sabitlik bərqərar olunub, ağır cinayətlərin tam əksəriyyətinin açılması təmin edilib. Cari ilin oktyabrın 1-nə qədər 139 cinayət işinin istintaqını yekunlaşdırıb məhkəmələrə göndərmişik və 200-dən artıq vəzifəli şəxs məhkəmə məsuliyyətinə verilib. Bu gün Korrupsiya Qarşı Baş Mübarizə idarəsində 125 cinayət işinin istintaqı davam etdirilir", - deyə Zakir Qaralov vurğulayıb.