Benzinin qiyməti ucuzlaşdı

1 Oktyabr 2014 11:13 (UTC+04:00)

AzNews.az apa-ya istinadən xəbər verir ki, bu informasiyanı "Azpetrol" şirkətinin mətbuat xidməti yayıb.

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq şirkət "Premium" benzinin satış qiymətinə yenidən baxıb.

Belə ki, həmin markalı benzinin əvvəllər 1 litri 97 qəpiyə satılırdısa, artıq oktyabrın 1-dən "Premium" benzinin qiyməti 2 qəpik aşağı salınaraq, 95 qəpiyə satılır.