DİN özünü yandıran cütlüklə bağlı məlumat yaydı

1 Oktyabr 2014 11:29 (UTC+04:00)

AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 30-da Sumqayıt şəhəri 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi "Mercedes" markalı avtomobilə oturdaraq Bakı-Quba yolunun 40-cı kilometrliyinə aparıb. Daha sonra aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb.

M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az